İsrail ordusu Livanın cənubunda “dini obyekt”in zədələndiyini açıqlayıb

2026/05/1777639292.jpg
Oxunub: 327     09:27     03 May 2026    
İsrail ordusu şənbə günü bildirib ki, onun qüvvələri Livanın cənubunda yerləşən “dini obyekt”ə ziyan vurub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu addım katolik xeyriyyə təşkilatı tərəfindən pislənib və həmin obyekt qadın monastırı kimi təqdim olunaraq ibadət yerinə qarşı “qəsdən hücum” kimi qiymətləndirilib.

İsrail ordusunun məlumatına görə, Yarun kəndində fəaliyyət göstərən qüvvələr dini kompleksin daxilində yerləşən binanı zədələyib və ərazidə mövcud olduğu iddia edilən terror infrastrukturunu söküblər.

Ordu nümayəndəsi Aviçay Adrai bildirib ki, əməliyyat zamanı kompleksdə yerləşən evlərdən biri də zədələnib.

Onun sözlərinə görə, obyektin dini xarakter daşıdığını göstərən açıq əlamətlər yox idi və yalnız sonradan müəyyən edilən işarələrdən sonra əlavə zərərin qarşısını almaq üçün tədbirlər görülüb.

Adrai əlavə edib ki, “Hizbullah” hərəkatı həmin ərazidən İsrailə qarşı çoxsaylı raket hücumları həyata keçirib və bu səbəbdən orada əməliyyatlar aparılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin