Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Şənbə günü yayılan bəyanatda qrup bildirib ki, öz saytında təxminən 150 min yeni sənəd yerləşdirib. Bu sənədlər arasında məxfi elektron məktublar və “X” sosial şəbəkəsində şəxsi yazışmalar da var.
Qrup iddia edir ki, bu materiallar ABŞ-nin İrana qarşı iqtisadi sanksiyalarının hazırlanması və tətbiqində İsrail lobbisinin rolunu sübut edir.
Hakerlər həmçinin bildiriblər ki, sənədlər Fars körfəzi ölkələrinin Melli və onun komandası ilə əməkdaşlığını da göstərir və həmin ölkələrin sanksiya layihəsində icraedici rol oynadığını ortaya qoyur.
Qeyd olunur ki, Melli Bayden administrasiyasında İrana qarşı iqtisadi təzyiq siyasətinin əsas fiqurlarından biri olub.
Sevinc Əliyeva
Ordu.az