İraq Hörmüz boğazındakı böhran başa çatdıqdan sonra neft hasilatı və ixracının bərpası müddətini açıqlayıb

2026/03/1773466996.jpg
Oxunub: 355     09:20     03 May 2026    
İraq Hörmüz boğazındakı böhran başa çatdıqdan sonra neft hasilatı və ixracını yeddi gün ərzində normal səviyyəyə qaytara bilər.

Ordu.az xəbər verir ki, bu barədə şənbə günü neft nazirinin müavini Basim Məhəmməd “Reuters” agentliyinə bildirib.

Onun sözlərinə görə, hazırda hasilat gündə 1,5 milyon barel təşkil edir.

Eyni zamanda gündə təxminən 200 min barel neft Ceyhan vasitəsilə ixrac olunur. Daha iki tanker hazır vəziyyətə gətirilib, əlavə iki tankerin isə boğazdakı təhlükəsizlik vəziyyətindən asılı olaraq gəlməsi gözlənilir. Qeyd olunur ki, Tehran ABŞ-nin və İsrailin İrana qarşı müharibəsi zamanı boğazı böyük ölçüdə bağlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İraq  


Bizi "telegram"da izləyin