Livan ordusunun qərargah rəisi və ABŞ ordusunun general-leytenantı ölkədəki vəziyyəti müzakirə ediblər

2026/05/1777785980.jpg
Oxunub: 849     09:17     03 May 2026    
Livan ordusunun qərargah rəisi general Rodolf Haykal və atəşkəs razılaşmasının icrasına nəzarət komitəsinin sədri, ABŞ-nin general-leytenantı Cozef Klirzfilid Beyrut aviabazasında təcili görüş keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” Livan ordusunun bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, görüş Klirzfilidin qısa səfəri çərçivəsində baş tutub və Livandakı təhlükəsizlik vəziyyəti, regional hadisələr, həmçinin mexanizmin imkanlarından daha səmərəli istifadə yolları müzakirə edilib.

Danışıqlar zamanı tərəflər Livan ordusunun rolunun əhəmiyyətini və cari mərhələdə ona dəstəyin zəruriliyini vurğulayıblar.

Görüşdən sonra Klirzfilid Livanı tərk edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   ABŞ  


Bizi "telegram"da izləyin