Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Aksiyanı “Keyfiyyətli idarəetmə uğrunda” hərəkat təşkil edib. Hərəkat ali məhkəməyə müraciət edərək hökuməti ultraortodoks tələbələrin hərbi xidmətə cəlb olunmasına və dövlət istintaq komissiyasının yaradılmasına məcbur etməyi xahiş edib.
Keçmiş nazir İtzhar Şay, oğlu Yaronun Kerem Şalom kibbutzunda hücumu dəf edərkən öldürüldüyünü xatırladaraq bildirib ki, hökumətin “onurğasız yaltaqlar dəstəsi” uzun müddət istintaqdan yayınmağı bacarmayacaq.
“Bir gün dövlət istintaq komissiyası yaradıldıqda, məğlubiyyət və fəlakət hökumətinin nazirləri and altında hücumdan əvvəlki dövrdə İsrailin təhlükəsizliyinə qarşı səhlənkarlıqlarına görə ətraflı izahat verməyə məcbur olacaqlar”, - deyə Şay bildirib.
Sevinc Əliyeva
Ordu.az