İtaliyanın xarici işlər naziri Abbas Əraqçiyə regionda eskalasiyanın qarşısını almağın vacibliyini bildirib

2026/03/17651-1772439912.jpg
Oxunub: 453     23:11     02 May 2026    
İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsində iranlı həmkarı Abbas Əraqçi ilə apardığı danışığın məzmunu barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tayaninin sözlərinə görə, o, Əraqçiyə Yaxın Şərqdə gərginliyin artmasından ciddi narahatlıq duyduğunu bildirib və eskalasiyanın qarşısını almağın vacibliyini vurğulayıb.

Tayani qeyd edib ki, atəşkəsə nail olmaq, Hörmüz boğazının açılması istiqamətində səyləri artırmaq, həmçinin ərzaq təhlükəsizliyi və Afrikada sabitliyə mümkün mənfi təsirlərin qarşısını almaq vacibdir.

O əlavə edib ki, İtaliya üçün İranın nüvə proqramının hərbi məqsədlərlə inkişaf etdirilməsi “qırmızı xətt”dir və bu, regionda təhlükəli nüvə silahlanması yarışına səbəb ola bilər.

Nazir bildirib ki, İran “Hizbullah” üzərində təsirindən istifadə edərək İsrailə qarşı hücumları dayandırmalı və Livanda danışıqlar yolu ilə sülhə nail olunmasına kömək etməlidir.

İtaliya bütün tərəfdaşlarla dialoqu davam etdirməyə və regionda sabitliyin təmininə yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayani   İtaliya  


Bizi "telegram"da izləyin