Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” televiziya kanalı məlumat yayıb.
“Onlar yeni ideyalar irəli sürür, yeni radarlar quraşdırırlar. Bu pilotsuz uçuş aparatları yerdən 30 sm hündürlükdə uça bilir və o qədər kiçikdir ki, praktiki olaraq aşkar edilməsi mümkün deyil.
ABŞ-də bu cür pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün lazer silahı hazırlanır, lakin məlumatlara görə, o, səmərəsiz olub. Həmçinin yivli tüfənglər kimi silahlar da sınaqdan keçirilir”, - deyə nəşr bildirib.
Qeyd edilib ki, pilotsuz uçuş aparatını vurmaq üçün onların hücum tüfəngi qədər dəqiq olması vacib deyil və yenə də kifayət qədər effektiv deyil.
“Şəbəkələrin quraşdırılması da məhdud nəticə verib. Həqiqətən, orada olan hərbçilərin təhlükəsizliyi ilə bağlı narahatlıq artır və kütləvi informasiya vasitələrində səslənən şərhlər mövcud əhval-ruhiyyəni əks etdirir”, - deyə telekanal bildirib.
Sevinc Əliyeva
Ordu.az