İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, İran Pakistana məcburi müharibənin yekun dayandırılması ilə bağlı öz planını təqdim edib və indi top ABŞ-nin meydanındadır, ABŞ diplomatiya yolunu və ya qarşıdurmanın davamını seçməlidir.
Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Kazem Qaribabadi əlavə edib ki, İran hər iki varianta hazırdır və məqsədi milli maraqlarını və təhlükəsizliyini təmin etməkdir.
Onun sözlərinə görə, istənilən halda ölkə ABŞ-nin siyasətinə qarşı öz bədbinliyini və etimadsızlığını, eyni zamanda diplomatik dürüstlüyünü qoruyacaq.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
ABŞ