“Al Jazeera”: İranın xarici işlər naziri Qətərin baş nazirinə ABŞ ilə danışıqların vəziyyəti barədə məlumat verib

2026/05/1777642348.jpg
Oxunub: 387     22:26     02 May 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Taniyə telefonla zəng edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Al Tani ona ABŞ ilə aparılan danışıqların cari vəziyyəti barədə məlumat verib və məqsədin müharibənin tam dayandırılması yollarını tapmaq olduğunu bildirib.

Al Tani qeyd edib ki, Qətər müharibənin sülh yolu ilə dayandırılmasına yönəlmiş vasitəçilik səylərini tam dəstəkləyir.

O vurğulayıb ki, Hörmüz boğazında gəmiçilik azadlığı böyük əhəmiyyət daşıyır və mümkün qədər tez bərpa olunmalıdır.

Sevinc Əliyeva

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qətər   ABŞ  


Bizi "telegram"da izləyin