Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Livan parlamentində “Hizbullah”ın nümayəndəsi Həsən bildirib: “Livanda bəzi qüvvələr ABŞ-yə güvənmək tələsinə düşüblər. Onlar Vaşinqtona gedərək İsrail səfiri ilə görüşüblər, bundan sonra isə Tramp atəşkəs elan edib, lakin bu, indiyədək həyata keçirilməyib”.
Onun sözlərinə görə, hərəkatın atəşkəslə bağlı beş şərti var:
• “təcavüz”ün heç bir şərt olmadan dayandırılması,
• İsrailin tam və qeyd-şərtsiz çıxarılması: “biz heç bir “qırmızı xətt” və ya digər məhdudiyyətlərlə razılaşmayacağıq”,
• məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtması,
• əsirlərin geri qaytarılması,
• dağıdılmış ərazilərin bərpası.
Sevinc Əliyeva
Ordu.az