İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 72 600-ü keçib

2026/04/1775880204.jpg
Oxunub: 409     21:40     02 May 2026    
Son 24 saat ərzində Qəzza zolağında 4 nəfər öldürülüb, 26 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Nazirlikdə əlavə ediblər ki, əvvəlki hücumlar zamanı həlak olan daha 3 nəfərin cəsədi aşkar edilib.

Ümumilikdə, 2023-cü il oktyabr ayından etibarən hərbi əməliyyatların başlanmasından bəri Qəzzada ölənlərin ümumi sayı ən azı 72 608 nəfərə çatıb, 172 445 nəfər isə yaralanıb.

Nazirlik həmçinin bildirib ki, 2025-ci il oktyabr ayında “atəşkəs rejimi” qüvvəyə mindikdən sonra 828 nəfər öldürülüb, 2 342 nəfər yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin