TASS: Papa Moskvadakı arxiyepiskopluğun yeni rəhbərini təyin edəcək

2026/05/1777743300.jpg
Oxunub: 297     21:29     02 May 2026    
“Katolik kilsəsində bütün yepiskopları, o cümlədən Moskvadakı yepiskopu da Papa təyin edir. Moskvanın Müqəddəs Məryəm Arxiyepiskopluq Yeparxiyasının yeni rəhbərinin nə vaxt təyin ediləcəyi isə məlum deyil, müddətləri pontifik müəyyən edir”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a arxiyepiskopluq yeparxiyasının keşişi Kirill Qorbunov bildirib.

Daha əvvəl Moskvanın Müqəddəs Məryəm Arxiyepiskopluq Yeparxiyasının rəhbəri Pavel Petssinin istefa ərizəsi təqdim etdiyi bildirilmişdi.

“Katolik kilsəsində bütün yepiskopları Papa, yəni Roma yepiskopu təyin edir. O, qərarında, o cümlədən müddətlər məsələsində sərbəstdir. Buna görə də nə qədər gözləmək lazım olduğunu demək mümkün deyil”, - deyə keşiş bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   Moskva  


Bizi "telegram"da izləyin