Ordu.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında qeyd olunub.
Daimi nümayəndəlikdə bildiriblər ki, “ABŞ-yə öz biabırçı və riyakar davranışını hər hansı şəkildə ört-basdır etməyə imkan vermək olmaz”.
“SON DƏRƏCƏ BİABIRÇILIQDIR. 56 il ərzində minlərlə nüvə başlığına malik olan və bu cür silahların yayılması ilə məşğul olan bir nömrəli ölkə sayılan ABŞ NPT-nin (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi-red.) I və VI maddələrinə uyğun olaraq nüvə silahlarının yayılmaması və nüvə tərksilahı üzrə öhdəliklərini açıq şəkildə pozub. ABŞ-yə öz biabırçı və riyakar davranışını hər hansı şəkildə ört-basdır etməyə imkan vermək olmaz. Hüquqi baxımdan uranın zənginləşdirilməsi səviyyəsinə heç bir məhdudiyyət yoxdur, bir şərtlə ki, bu proses AEBA-nın nəzarəti altında həyata keçirilsin. İranın vəziyyətində də belə olub”, - deyə diplomatik missiyanın bəyanatında qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az