Avropa şimal sularında Rusiyaya qarşı birgə dəniz qüvvəsi yaradır

2026/05/guvez-1777741863.jpg
Oxunub: 377     21:10     02 May 2026    
10 Avropa ölkəsi şimal sularında Rusiyadan qaynaqlanan təhdidlərə qarşı çıxmaq üçün Müştərək Ekspedisiya Qüvvələri (JEF) çərçivəsində xüsusi qrup yaratmaq niyyəti ilə bəyannamə imzalayıb.

Ordu.az xəbər verir ki, JEF 2014-cü ildə Böyük Britaniyanın rəhbərliyi ilə müttəfiq ölkələrin orduları arasında sürətli koordinasiyanı təmin etmək məqsədilə yaradılmış müdafiə strukturudur.

Kral Donanmasının Birinci Dəniz Lordu və Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ser Qvin Cenkinsin sözlərinə görə, bu çərçivədə yaradılacaq yeni çoxmillətli dəniz qüvvəsi NATO-nu tamamlayacaq və regional çəkindirməni gücləndirəcək.

Böyük Britaniya ilə yanaşı Niderland, beş Skandinaviya ölkəsi və üç Baltik ölkəsinin daxil olduğu koalisiya Yüksək Şimal, Şimali Atlantika və Baltik regionlarında təhlükəsizlik mövqeyini gücləndirməyi hədəfləyir.

Kanadanın qoşulması nəzərdən keçirilsə də ABŞ-nin Orta Şərqdə İran gərginliyi səbəbindən London ilə fikir ayrılıqları yaşaması fonunda bu quruma daxil olmadığı bildirilir.

Əməliyyat strukturu və artan Rusiya fəaliyyəti

Cenkins bildirib ki, bu qüvvə birlikdə təlim keçirəcək və əməliyyatlar icra edəcək, komandanlıq isə Londonun şimal-qərbində yerləşən “Northwood” dəniz qərargahından idarə oluna bilər.

O, təşəbbüsü “zərurət olduqda dərhal döyüşə hazır, real qabiliyyətlərə, real əməliyyat planlarına və real inteqrasiyaya malik struktur” kimi xarakterizə edərək Rusiyanın hələ də əsas təhlükə olduğunu vurğulayıb.

Son dövrlərdə Böyük Britaniya ətrafında artan Rusiya dəniz fəaliyyəti fonunda verilən açıqlamaya görə bu fəaliyyətlər son iki ildə təxminən üçdə bir artıb.

Cenkins qeyd edib ki, yalnız 2025-ci ildə Kral Donanması Rusiya donanmasına məxsus suüstü gəmilərə qarşı vətən müdafiəsi çərçivəsində onlarla dəfə reaksiya vermək məcburiyyətində qalıb. O əlavə edib ki, əsas təhlükə Rusiyanın sualtı qayıq proqramlarına yenidən sərmayə yatırmasıdır.

Cenkins həmçinin bildirib ki, plan Böyük Britaniyanın “Hibrid Donanma” strategiyası ilə uyğun olacaq və bu çərçivədə iki il ərzində döyüş gəmilərini müşayiət edəcək pilotsuz sistemlər istifadəyə veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya  


Bizi "telegram"da izləyin