Ordu.az xəbər verir ki, şirkət TOLUN idarəolunan sursatının birdən çox ölkəyə təhvil verildiyini açıqlayaraq, dəqiq zərbə qabiliyyətləri sahəsində beynəlxalq mövcudluğunu genişləndirib.
TOLUN sursatı aşağı çəkisinə baxmayaraq, yüksək dəqiqlik və effektivlik təqdim edən sursat kimi ön plana çıxır. Xüsusilə platforma inteqrasiyası və əməliyyat elastikliyi sayəsində müxtəlif istifadəçi ehtiyaclarına cavab verə bilən sistem ASELSAN-ın ağıllı sursat ailəsində kritik mövqeyə malikdir.
TOLUN-un ixrac yolçuluğu
TOLUN sursatı ASELSAN-ın ağıllı sursat portfelində ən sürətli ixrac uğuru əldə edən sistemlər arasında yer alır.
ASELSAN TOLUN
2023-2024-cü illər dövründə TOLUN üçün təxminən 36 milyon dollar dəyərində ixrac müqaviləsinin imzalandığı və təhvil prosesinin başladığı ASELSAN tərəfindən açıqlanmışdı.
Digər tərəfdən, TOLUN-un xüsusilə pilotsuz uçuş aparatları ilə birlikdə ixrac zəncirinə daxil olduğu qiymətləndirilir. Məsələn, “Bayraktar” AKINCI zərbə tipli pilotsuz uçuş aparatını tədarük edən ölkələrdən ən azı birinin TOLUN sursatını da inventarına daxil etmək istiqamətində addım atdığı bildirilir.
Həyata keçirilən bu təhvil prosesləri TOLUN-un təkcə texniki qabiliyyətləri ilə deyil, eyni zamanda beynəlxalq bazarda artan tələbat görməsi ilə də diqqət çəkdiyini ortaya qoyur.
Çoxplatformalı inteqrasiya və tapşırıq elastikliyi
TOLUN sursatı başda pilotsuz uçuş aparatları olmaqla müxtəlif hava platformalarına inteqrasiya edilə biləcək şəkildə hazırlanıb. Bunun sayəsində istifadəçilər müxtəlif tapşırıq profillərinə uyğun olaraq sursatı geniş əməliyyat spektrində istifadə edə bilirlər.
“Bayraktar” KIZILELMA-dan TOLUN sursatı ilə tarixi sınaq
İdarəetmə və hədəfləmə qabiliyyəti sayəsində sursat yüksək dəqiqliklə hədəfə yönələrək yan zərəri minimuma endirən təsir yaradır. Bu xüsusiyyət xüsusilə müasir əməliyyat mühitində kritik əhəmiyyət daşıyan dəqiq nişanalma ehtiyaclarına cavab verir.
Kompakt dizayn, yüksək təsir
Kompakt quruluşu sayəsində eyni platformada daha çox sursat daşınmasına imkan verən TOLUN xüsusilə pilotsuz uçuş aparatı əməliyyatlarında hər uçuş üzrə effektivliyi artıran həll kimi ön plana çıxır.
Qabaqcıl idarəetmə texnologiyaları ilə dəstəklənən sursat hədəfə yüksək dəqiqliklə yönələrkən, əməliyyat xərc-effektivliyi baxımından da mühüm üstünlüklər təqdim edir.
TOLUN qabiliyyətləri
TOLUN sursatı təkcə dəqiq zərbə deyil, yüksək deşici təsir qabiliyyəti ilə də diqqət çəkir. Sursatın gücləndirilmiş beton hədəflərə qarşı təsirli olduğu və təxminən 1 metrə qədər nüfuz edə bildiyi bildirilir.
Digər kritik üstünlük çoxsaylı daşıma qabiliyyətidir. TOLUN-un kompakt quruluşu sayəsində bir döyüş təyyarəsi və ya pilotsuz uçuş aparatı klassik sursatlarla müqayisədə eyni anda daha çox sursat daşıya bilir. Bu da bir uçuşda daha çox hədəfə nişanalma deməkdir.
ANKA III və TOLUN
TOLUN həmçinin INS/GPS idarəetmə arxitekturası ilə işləyir. Bunun sayəsində hava şəraitindən asılı olmayaraq yüksək dəqiqliklə hədəfə yönələrək tapşırıq icra edə bilir.
Sursatın digər mühüm xüsusiyyəti isə çoxsaylı buraxılış (salvo) qabiliyyətidir. Eyni platformadan qısa intervallarla birdən çox TOLUN buraxılaraq, müxtəlif hədəflərə eyni vaxtda və ya ardıcıl nişanalma həyata keçirilə bilir.
Sevinc Əliyeva
Ordu.az