Meksikada qubernator ABŞ-nin narkokartellə əlaqələr barədə ittihamlarından sonra istefa verib

2026/05/1777738036.jpg
Oxunub: 301     20:03     02 May 2026    
Meksikanın Sinaloa ştatının rəhbəri Ruben Roça cümə günü gec saatlarda bildirib ki, ABŞ-nin onu və hakim partiyanın digər rəsmilərini Sinaloa karteli ilə ehtimal olunan əlaqədə ittiham etdiyini açıqlamasından bir neçə gün sonra istefa verir və bu, ABŞ-nin Meksikaya münasibətinin ciddi şəkildə sərtləşməsinə səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Roça müvəqqəti olaraq vəzifədən getdiyini bildirsə də, Sinaloa hökumətinin dərc etdiyi bəyanatda o, özünə qarşı irəli sürülən ittihamları yalan və qərəzli adlandırıb.

“Mən xalqımın və ailəmin gözlərinə baxa bilərəm, çünki mən onlara xəyanət etməmişəm və heç vaxt xəyanət etməyəcəyəm, bunu ölkəmizin ədalət qurumları tələb etdiyi anda qətiyyətlə göstərəcəyəm”, - deyə o bildirib.

Roça hakim “Morena” partiyasının üzvüdür.

Agentlik qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyinin onu və hakim partiyanın digər rəsmilərini siyasi dəstək və rüşvət qarşılığında ABŞ-yə böyük partiyalarla narkotik vasitələr gətirmək məqsədilə “Sinaloa” kartelinin liderləri ilə əlbir olmaqda ittiham etməsi Meksika prezidenti Klaudiya Şeynbaumı çətin siyasi vəziyyətə salıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   ABŞ   Qubernator  


Bizi "telegram"da izləyin