ASELSAN tuşlama dəsti ixracatları həyata keçirib

2026/05/Ekran-1777736230.jpg
Oxunub: 466     19:26     02 May 2026    
ASELSAN inkişaf etdirdiyi müxtəlif tuşlama dəstlərini ixrac etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il Fəaliyyət Hesabatı dərc edilib.

Hesabat çərçivəsində ASELSAN-ın 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlərə yer verilib. Bu kontekstdə ASELSAN-ın 2025-ci il ərzində çox sayda məhsul ixrac etdiyi məlumatı paylaşılıb. Sözügedən məhsulların arasında ASELSAN tərəfindən inkişaf etdirilən müxtəlif tuşlama dəstləri də yer alır.

Bu çərçivədə 2025-ci ildə çoxlu daşıma asqısı SADAK 4T və idarə edilən sursat TOLUN-un ilk dəfə müxtəlif ölkələrə təhvil verilməsi həyata keçirilib. Bundan əlavə, Lazer Tuşlama Dəsti 82-nin (LGK 82) Afrikada bir ölkəyə təhvili həyata keçirilib.

Qanadlı Tuşlama Dəsti 82/83 (KGK 82/83) təlim sursatları da ilk dəfə ixrac edilib. Sözügedən sursatlar adı açıqlanmayan Yaxın Şərq ölkələrinə təhvil verilib. Bundan əlavə, xarici bir müştəri üçün QFAB “hava-yer” bombalarına LGK 82 Tuşlama Dəsti inteqrasiyası uğurla həyata keçirilib və “Su-25” platformasından uğurla atılıb.

ASELSAN-ın tuşlama dəstləri

ASELSAN hava platformalarından atılan sursatların zərbə dəqiqliyini və mənzilini artırmaq məqsədilə inkişaf etdirdiyi tuşlama dəstləri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin zərbə gücünə kritik töhfələr verir.

HGK (Dəqiq Tuşlama Dəsti)

ASELSAN HGK ailəsi ümumi təyinatlı və dəlici sursatları hər cür hava şəraitində yüksək dəqiqlikli ağıllı silahlara çevirir. Bu sistemlər 2000 funt sinfinə məxsus MK-84 və Türkiyənin termobarik tərkibli MK-84-T bombaları ilə yanaşı, sığınacaq dəlmə qabiliyyətinə malik NEB (Nüfuzedici Bomba) və NEB-T variantları ilə tam uyğun işləyir. ANS/KKS tuşlama sistemi sayəsində sursatın dairəvi sapma ehtimalını (CEP) 6 metrdən aşağı endirən HGK, xüsusilə strateji sığınacaq dələn sursatlara inteqrasiya edildikdə, düşmən istehkamlarının ən yüksək dəqiqliklə məhv edilməsini təmin edir.

KGK (Qanadlı Tuşlama Dəsti)

Sursatların əməliyyat mənzilini açılan qanad qurğusu ilə 110 kilometrdən yuxarıya daşıyan KGK hava hücumundan müdafiə sistemlərinə qarşı “Standoff” (təhlükəsiz məsafədən hücum) imkanı təqdim edir. MK-82 və MK-83 sursatları ilə yanaşı, ASELSAN-ın bu dəsti NEB və NEB-T kimi ağır nefuzedici sursatlara da uyğunlaşdırıla bilir. KGK istifadəsi ilə sığınacaq məhv edən bu sursatlar təyyarənin hədəf üzərindən uçmasına ehtiyac qalmadan, çox uzaq məsafələrdən və buludaltı/buludüstü hava şəraitindən təsirlənmədən yüksək bir süzülmə bucağı ilə hədəfinə çatdırılır.

LGK (Lazer Tuşlama Dəsti)

Hərəkətli hədəflərə və cərrahi dəqiqlik tələb edən əməliyyatlara yönəlmiş inkişaf etdirilən LGK sursatı lazer axtarış başlığı vasitəsilə işarələnən nöqtəyə yönləndirir. İnventardakı MK-82 və MK-84 seriyası ilə yanaşı, termobarik təsirli MK-84-T və dəlici sinifdəki NEB/NEB-T gövdələri ilə də istifadə edilə bilən bu sistem pilotun və ya yer bölmələrinin lazer işarələməsi ilə sursatı hədəfə kilidləyir. Xüsusilə NEB seriyası ilə birləşdikdə, sursatın sığınacağın tam giriş nöqtəsinə və ya ən zəif hissəsinə tam isabetlə yönləndirilməsini təmin edərək dağıdıcı təsiri maksimuma çatdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin