Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il Fəaliyyət Hesabatı dərc edilib.
Hesabat çərçivəsində şirkətin il boyu apardığı kritik fəaliyyətlərə, əldə etdiyi texnoloji inkişaflara və uğurla tamamlanan layihə mərhələlərinə detallı şəkildə yer verilib. Bu çərçivədə KORKUT Hava Hücumundan Müdafiə Sisteminin imza atdığı müxtəlif ilklərə diqqət çəkilərkən, sistemin daxili təhvil fəaliyyətlərini davam etdirmək məqsədilə yeni hava hücumundan müdafiə müqaviləsinin imzalandığı açıqlanıb.
Həmçinin ASELSAN tərəfindən verilən açıqlamada bu ifadələrə yer verilib:
“Hava hücumundan müdafiə imkanlarının artırılmasına yönəlmiş işlər çərçivəsində KORKUT 240/35 və KORKUT 250/35 sistemlərinin daxili inventar ehtiyaclarını qarşılamaq üçün yeni hava hücumundan müdafiə müqaviləsi imzalanaraq seriyalı istehsal prosesində kritik mərhələyə keçilib.
Sistemin hərəkət imkanını şaxələndirmə strategiyası istiqamətində inkişaf etdirilən KORKUT 140/35 8×8 taktiki təkərli nəqliyyat vasitəsi versiyası ilk dəfə həyata keçirilən atışlı sınaq fəaliyyətlərini yüksək dəqiqliklə tamamlayaraq əməliyyat nkişafını sübut edib. Bu uğura paralel olaraq, sistemin qlobal bazardakı rəqabət gücü də artım göstərib. Bu çərçivədə Yaxın Şərqdə yerləşən bir şirkətin platformasına KORKUT 141/35 inteqrasiyası uğurla nəticələndirilib, sistemin performansını yerində görmək istəyən son istifadəçiyə öz sınaq sahəsində genişmiqyaslı demo fəaliyyəti təqdim edilib.
Daxili təhvil fəaliyyətləri cəbhəsində isə KORKUT 130/FCS və KORKUT 130/35 konfiqurasiyalarının istifadəçi birliklərə göndərilməsi planlaşdırıldığı şəkildə fasiləsiz davam edir. KORKUT ailəsinin sahədə göstərdiyi bu davamlı uğur beynəlxalq sahədə də böyük maraq görür və fərqli qitələrdən gələn hərbi nümayəndə heyətlərinə yönəlmiş sistem təqdimatı və demo fəaliyyətləri proaktiv şəkildə davam etdirilir”.
Sevinc Əliyeva
Ordu.az