Ordu.az xəbər verir ki, C-130J “Super Hercules” platforması əsasında hazırlanan E-130J yerüstü sistemlərin kəsintiyə uğraması halında ABŞ komanda orqanları ilə strateji nüvə qüvvələri arasındakı əlaqəni davam etdirərək qabaqcıl havadan rabitə imkanı təmin etmək üçün hazırlanıb.
“Lockheed Martin” real əməliyyat mühitini əks etdirən avionik sistemləri, rabitə infrastrukturunu və missiya ssenarilərini təqlid edən yüksək reallıq səviyyəsinə malik təlim sistemləri inkişaf etdirəcək. Bununla ekipajın təyyarə xidmətə daxil olmadan əvvəl missiya hazırlıqlarını edə bilməsi hədəflənir.
Bu təlim həlləri şəxsi heyətin çox aşağı tezlikli rabitə və inteqrasiya edilmiş komanda-idarəetmə imkanları daxil olmaqla qabaqcıl missiya sistemlərindən istifadə etməsinə dəstək təmin edəcək.
Rəsmilər C-130J “Super Hercules” və E-130J “Phoenix II” platformaları arasındakı ortaq arxitekturanın simulyator inkişaf prosesini sürətləndirəcəyini və təlim fəaliyyətlərinin davam edən təyyarə modernləşdirmə işləri ilə uyğun şəkildə irəliləməsinə töhfə verəcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az