Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Transatlantik icma üçün ən böyük təhlükə xarici düşmənlər deyil, ittifaqımızın davam edən dağılmasıdır. Biz hamımız bu fəlakətli tendensiyanı dayandırmaq üçün hər şeyi etməliyik”, - deyə Tusk qeyd edib.
Daha əvvəl ABŞ-nin Almaniyadan 5000 hərbçini çıxarmaq qərarı barədə məlumat verilmişdi.
Vaşinqtonun bu qərarı Pentaqonda “səmərəsiz bəyanatlara” cavab kimi qiymətləndirilmişdi.
NATO-da bildirilib ki, qərarın detalları ilə bağlı amerikalı tərəfdaşlarla iş aparılır.
Xatırladaq ki, Almaniyanın kansleri Fridrix Merts bir neçə gün əvvəl bəyan etmişdi ki, İran ABŞ-ni “alçaldıb”.
Bu isə ABŞ prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az