Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, naməlum şəxslər gəmiyə qalxıblar, idarəetməni ələ keçiriblər və onu Ədən körfəzinə, Somali sularına doğru istiqamətləndiriblər.
Sahil mühafizəsi əlavə edib ki, tankerin yerləşdiyi yer müəyyən edilib və hazırda onun izlənməsi, geri qaytarılması üçün zəruri tədbirlərin görülməsi və ekipajın təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparılır.
Sevinc Əliyeva
Ordu.az