Ordu.az xəbər verir ki, bu barədə “Kathimerini” məlumat yayıb.
Yunanıstan hökuməti “Carlo Bergamini” sinfinə məxsus dörd gəmini “2+2” sxemi üzrə almağa razılaşıb. Gözlənilir ki, ilk iki gəminin dəyəri, onların əsas silah sistemlərinin bir hissəsi daxil olmaqla, təxminən 700 milyon avro təşkil edəcək.
Yunanıstan parlamentinin silahlanma proqramları və müqavilələr komitəsi mayın 5-də danışıqlarla bağlı yenilənmiş məlumat almalıdır. Gözlənilir ki, eyni iclasda qanunvericilər MEKO sinfinə məxsus dörd freqatın “Skaramanga” gəmiqayırma zavodlarında modernləşdirilməsini nəzərdə tutan iki müqaviləni təsdiqləyəcəklər.
Modernləşdirmə döyüş sistemlərini və konstruksiyaların texniki xidmət işlərini əhatə edəcək. İtaliyanın hərbi dəniz qüvvələri artıq Bergamini sinfinə məxsus ilk iki freqatı Yunanıstanın hərbi dəniz qüvvələrinə təhvil verib. Alış paketinə həmçinin texniki xidmət, ehtiyat hissələri və şəxsi heyətin hazırlanması daxil olacaq, bu prosesdə, gözlənildiyi kimi, İtaliyanın gəmiqayırma şirkəti “Fincantieri” iştirak edəcək.
Afina həmçinin CAPTAS-4 dartılan hidroakustik sistemləri əldə etməyi planlaşdırır ki, FREMM freqatları Fransanın FDI freqatlarının sualtı qayıqlara qarşı müdafiə imkanlarına uyğun olsun. Rəsmilər gəmi əleyhinə və hava hücumundan müdafiə raketlərinin variantlarını araşdırırlar, komitə isə HAWK sistemləri, “PzH 2000” artilleriya qurğuları və “Stinger” buraxılış qurğuları üzrə NATO-nun 110 milyon avro dəyərində dəstək proqramlarını müzakirə etməlidir.
Sevinc Əliyeva
Ordu.az