Ordu.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində yazıb.
Zelenskinin sözlərinə görə, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini bəyan edib.
“Ölkələrimiz arasında möhkəm münasibətlərə ehtiyacımız var, və biz hər ikimiz buna maraqlıyıq. Slovakiyanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini və üzvlük üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu eşitmək vacib idi. Mən baş naziri Kiyevə səfərə dəvət etdim və Bratislavaya səfər dəvətinə görə ona təşəkkür etdim. Biz həmçinin yaxın gələcəkdə şəxsi görüşün keçirilməsi imkanını müzakirə etdik. Komandalarımız bunun planlaşdırılması üzərində işləyəcək”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az