BƏƏ hava hərəkətinin tənzimləndiyini açıqlayıb

2025/02/1739719415.jpg
Oxunub: 327     18:39     02 May 2026    
Birləşmiş Ərəb Əmirliklərinin aviasiya idarəsi bildirib ki, ölkədə hava hərəkəti 2026-cı il fevralın 28-də İranda müharibənin başlanması zamanı tətbiq edilmiş ehtiyat tədbirlərinin ləğvindən sonra tənzimlənib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mülki Aviasiya Baş İdarəsi bildirib ki, qərar müvafiq qurumlarla koordinasiya şəraitində əməliyyat və təhlükəsizlik şərtlərinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib.

Eyni zamanda “Qatar Airways” aviaşirkəti İraqın Bağdad, Bəsrə və Ərbil hava limanlarına sərnişin reyslərini bərpa edəcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Hava-hərəkəti  


Bizi "telegram"da izləyin