Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Mən proqnoz vermişəm və proqnozumu təsdiqləyirəm ki, sizin qeyd etdiyiniz həmin şəxs ilin sonuna qədər kasıblaşacaq. Üzərinə götürdüyü böyük öhdəlikləri yerinə yetirmədiyi üçün onun nominal sərvəti əlindən alınacaq”, - deyə Paşinyan bildirib.
“Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lilit Minasyanın “Güclü Ermənistan” partiyasının üzvlərinin Nikol Paşinyanın yenidən seçiləcəyi halda Ermənistanın ciddi iqtisadi problemlərlə üzləşə biləcəyi barədə bəyanatlarına münasibət bildirən Paşinyan deyib ki, bu ritorika onun üçün aydındır.
“Bu, mənə açıq şəkildə göstərir ki, biz xarici agentlə qarşı-qarşıyayıq. Onlar Ermənistan-Rusiya münaqişəsini qızışdırmağa çalışırlar ki, bundan faydalansınlar. Mən belə bir şeyi mümkün hesab etmirəm. Xatırlayırsınız 2018-ci ildə nə deyirdilər? Bu gün Ermənistan və Rusiya münasibətləri ən yüksək səviyyədədir. Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və qərar qəbul edən 5 ölkədən biriyik. Təxribat törədən həmin şəxslər Avrasiya İqtisadi Birliyini məhv etmək istəyirlər. Daha yaxşı olar ki, bu təşkilatı təxribatlara cəlb etməsinlər”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az