“Ermənistanda su ilə bağlı problemi olmayan yaşayış məntəqəsi yoxdur, problem idarəetmədədir” - Paşinyan

2026/04/1776081567.jpg
Oxunub: 390     17:54     15 Aprel 2026    
“Su ilə bağlı problemlərin həlli prioritetlərimizdən biri olacaq”.

Ordu.az xəbər verir ki, bunu aprelin 15-də hökumətlə sual-cavab zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda su ilə bağlı problemi olmayan heç bir yaşayış məntəqəsi yoxdur, bu problemlər hər yerdə mövcuddur.

Paşinyan etiraf edib ki, problem düzgün idarəetmədə və istehlakçılara suyun düzgün çatdırılmasının təşkilindədir.

Paşinyan həmçinin bildirib ki, “məxməri inqilab” sayəsində Ermənistanın supermarket şəbəkələrindən biri genişlənməyə başlayıb, halbuki əvvəllər onun bağlanmaq üzrə olduğu deyilirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin