Ordu.az xəbər verir ki, bu barədə aprelin 15-də parlamentin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin 2021-2026-cı illər proqramının 2025-ci il üzrə icrasının gedişi və nəticələri haqqında hesabatı təqdim edərkən bildirib.
“Beynəlxalq çağırışlara baxmayaraq, ABŞ-nin, Ermənistanın və Azərbaycan Respublikasının hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin icrasını prioritet hesab etməyə davam edir”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, bu, layihənin Cənubi Qafqaz regionunda uzunmüddətli, sabit və etibarlı sülhün mühüm dayağına çevrilməsi ilə bağlı anlayışdan irəli gəlir.
Alpər Mövludoğlu
Ordu.az