Siqnaxidə Azərbaycan və Gürcüstanın hökumətlərarası komissiyasının iclası keçiriləcək

2026/04/1776259660.jpg
Oxunub: 282     17:04     15 Aprel 2026    
Gürcüstanın Siqnaxi şəhərində aprelin 27-28-də Azərbaycan və Gürcüstan arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Ordu.az-ın məlumatına görə, iclasda hər iki ölkənin baş nazirlərinin iştirakı gözlənilir.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, nəqliyyat-logistika layihələri, enerji sahəsində tərəfdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin