Edqars Skuya: "Latviya Orta Dəhlizdə iştirak etməkdə maraqlıdır"

2026/04/dfgdf-1776259624.jpg
Oxunub: 271     17:05     15 Aprel 2026    
Latviya Orta Dəhliz layihəsində iştirak etməyə maraq göstərir.

Ordu.az xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib.

O əlavə edib ki, ölkəsi regional nəqliyyat layihələrində iştirak etmək niyyətindədir: "Latviya logistika, multimodal nəqliyyat və rəqəmsal həllər sahələrində Orta Dəhlizin inkişafına töhfə verməkdə maraqlıdır. Biz Avropa-Asiya bağlılığını gücləndirən və regionda sülhə töhfə verən regional bağlantı layihələrinin inkişafını qətiyyətlə dəstəkləyirik".

E.Skuya gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfərinin iqtisadi əlaqələrə yeni dinamika qazandıracağını qeyd edib: "Bu səfər ikitərəfli münasibətlərə və iqtisadi əlaqələrə yeni təkan verəcək. İki ölkənin bələdiyyələri arasındakı əlaqələri də qeyd etmək istərdim. Latviya bələdiyyələrinin nümayəndə heyəti bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Skuya   Latviya  


Bizi "telegram"da izləyin