Latviya səfiri: "Azərbaycanla strateji tərəfdaşlığı bütün sahələrdə genişləndirmək istəyirik"

2026/04/dsfsd-1776259572.jpg
Oxunub: 272     17:04     15 Aprel 2026    
Latviya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və onunla strateji tərəfdaşlığı bütün sahələrdə genişləndirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib.

O, iki ölkə arasındakı tarixi bağların və siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Latviya və Azərbaycan tarixi dostluq münasibətlərinə malikdir və bu, tariximizdəki ümumi hadisələr sayəsindədir. 1994-cü ildə diplomatik münasibətlər qurulduğu ilk vaxtlardan Latviya hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib".

Səfir beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək əzmini bir daha təsdiqləyib: "Latviya yeni iqtisadi imkanlar yaradan, Avropa-Asiya bağlılığını gücləndirən, regionda sabitlik və sülhə töhfə verən regional bağlantı layihələrinin inkişafını qətiyyətlə dəstəkləyir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Azərbaycan  


Bizi "telegram"da izləyin