Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək

2023/12/media-1701763130.jpg
Oxunub: 309     17:02     15 Aprel 2026    
2027-2030-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 13,3 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 24,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, 2021-2025-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 22 milyard manat xərclənib. 2026-ci ildə isə bu istiqamətdə 3,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azad-olunmuş-ərazilər   Azərbaycan  


Bizi "telegram"da izləyin