Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
Onun sözlərinə görə, müvafiq qərar 2024-cü il iyunun 27-də Aİ Şurası tərəfindən qəbul edilib və bundan sonra Aİ nümayəndəsi Tbilisidə Gürcüstan tərəfini məlumatlandırıb.
Boçorişvili vurğulayıb ki, Gürcüstan Brüssel ilə dialoqu yenidən başlamağa hazırdır, lakin bunun üçün Assosiasiya sazişi yenidən tətbiq olunmalıdır.
Gürcüstan və Aİ arasında münasibətlər “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra pisləşib. Bu qanun Aİ-də tənqid olunub və Gürcüstan hakimiyyəti onu QHT-lərin maliyyələşməsinə nəzarət ehtiyacı ilə əlaqələndirib.
Alpər Mövludoğlu
Ordu.az