Ordu.az xəbər verir ki, bunu aprelin 15-də parlamentin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Hökumətin 2021-2026-cı illəri əhatə edən proqramının 2025-ci ildə icrasının gedişi və nəticələri barədə hesabatı təqdim edərkən deyib.
“Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh məcburi hüquqi qüvvəyə malikdir. Mən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydalarını nəzərdə tuturam. Bu, Ermənistan və Azərbaycan arasında imzalanmış ilk ikitərəfli beynəlxalq müqavilədir”, - deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, Günən məktəbinin Azərbaycanla sərhəddən cəmi 50 metr məsafədə yerləşməsi artıq məktəbin şagirdlərini qorxutmur.
“Onlar 30 metr məsafədə futbol oynayırlar. Sülh budur”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az