Azərbaycan-Latviya Komissiyasının iclasının yekun protokolu təsdiqlənib

2026/04/dfsdf-1776256890.jpg
Oxunub: 354     16:28     15 Aprel 2026    
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair protokol təsdiqlənib.

Ordu.az xəbər verir ki, sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiyaların genişləndirilməsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat, elm və təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Yekun protokolda həmçinin Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının gələn il Latviyanın paytaxtı Riqada keçirilməsi barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Latviya  


Bizi "telegram"da izləyin