Armands Krauzen: "Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə heyranam"

2026/04/tertr-1776256755.jpg
Oxunub: 333     16:22     15 Aprel 2026    
Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbacanın öz ərazi bütövlüyü uğrunda mübarizəsinə heyran olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında danışan nazir qeyd edib ki, xalqın 30 ildən artıq bir müddətdə bu məqsədə necə inandığına heyrandır.

"Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Şuşada olduğum üçün həqiqətən çox xoşbəxtəm. Sizin iradənizə, ərazi bütövlüyü uğrunda mübarizənizə və 30 ildən artıq bir müddətdə bu məqsədə necə inanmağınıza heyranam. Sizi əldə etdiyiniz nailiyyətlər və burada, azad edilmiş ərazilərdə gördüyünüz işlər münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu, həm də çox vacibdir. Beləliklə, biz 1990-cı və 1991-ci illərdə etdiyimiz kimi müstəqilliyimizin keşiyində dururuq və lazım gəldikdə azadlığımız uğrunda uzun müddət mübarizə aparmalıyıq", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krauzen   Azərbaycan  


Bizi "telegram"da izləyin