Paşinyan: “Sülh prosesi sayəsində Ermənistanın perspektivləri daha proqnozlaşdırılan olub”

2026/04/1775750594.jpg
Oxunub: 462     16:11     15 Aprel 2026    
“Ölkənin perspektivləri Ermənistan və Azərbaycan arasında sülh prosesi sayəsində daha proqnozlaşdırılan olub”.

Ordu.az xəbər verir ki, bunu aprelin 15-də parlamentin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci il üzrə icrasının gedişi və nəticələri barədə hesabatı təqdim edərkən bildirib.

“Bu gün ölkəmizin perspektivləri heç vaxt olmadığı qədər daha müəyyəndir. Bu da ilk növbədə 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın dəstəyi ilə bərqərar olmuş Ermənistan və Azərbaycan arasında sülh sayəsindədir”, - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanı mühüm hadisələr, o cümlədən regional kommunikasiyaların və sülh proseslərinin inkişafı ilə bağlı önəmli mərhələlər gözləyir.

“Yaxın gələcəkdə bizi böyük və tarixi hadisələr gözləyir. Xüsusilə, Ermənistanı təxminən 30 illik blokadadan nəhayət çıxaracaq “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi və əlbəttə, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər və sülh haqqında sazişin imzalanması və ratifikasiyası, bu da dövlətlərimiz və xalqlarımız arasında düşmənçiliyin aradan qaldırılması prosesinin gələcəkdə təmin olunmasına imkan verəcək”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin