Ordu.az xəbər verir ki, bunu bu gün parlamentdə Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci ildə icrasının gedişi və nəticələri barədə hesabatın təqdimatı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Yaşamaq, təhsil almaq, işləmək, rifahı, sülhü artırmaq, dövləti inkişaf etdirmək və onu əsrlər boyu nəsillərə miras qoymaq. Bax, bizim düşdüyümüz və dövlətin davamlılığı gündəliyi adlandırdığımız möhtəşəm tarixi missiya budur”, - deyə o qeyd edib.
Paşinyan bu dönüş nöqtəsini, bu epoxal mərhələni reallığa çevirdiklərinə görə parlamentə, hökumətə və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinə təşəkkür edib.
“Mən həmçinin vurğulamaq istəyirəm ki, bu mərhələyə çatmaq ilk növbədə xalqın dəstəyi sayəsində mümkün olub. Çünki hökumət və parlament çoxluğu xalqın mandatı və dəstəyi olmadan, 2021-ci ildən etibarən apardığımız siyasəti həyata keçirmək üçün legitimliyə malik olmadan heç nə edə bilməzdilər. Həmin mandat isə aydın və birmənalı şəkildə indi müzakirə etdiyimiz sənəddə, 2021-ci il avqustun 26-da Ermənistan parlamenti tərəfindən təsdiqlənmiş sənəddə əks olunub. Söhbət hökumətin 2021-2026-cı illər proqramından gedir”, - deyə Ermənsitan Baş naziri vurğulayıb.
O xatırladıb ki, onlar hələ 2021-ci ildə sülhün onların ali məqsədi olacağını bəyan etmişdilər və bu ali məqsəd artıq həyata keçirilib.
Paşinyan deyib ki, “Qarabağ bizim idi, indi isə bizim deyil” diskursu Ermənistanın geosiyasi tələyə düşməsinə səbəb olan fəlsəfə və anlayışdır. Lakin onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Ermənistan öz xalqına məxsus olmayıb.
“İndi isə o, bizimdir. Reallıq ondan ibarətdir ki, bizə məlum olan bütün ərazilər dövlətçiliyimiz, suverenliyimiz və müstəqilliyimiz hesabına erməni nəzarəti altında idi. Biz bunu anlamırdıq”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, lakin bu gün tam əminliklə demək olar ki, “Vətəndaş Müqaviləsi” partiyası Ermənistan tarixinin dağıdıcı gedişini dəyişib və ölkəni dinc, konstruktiv inkişaf yoluna çıxarıb.
Alpər Mövludoğlu
Ordu.az