Paşinyan: "Azərbaycandan yanacaq idxal etməklə on milyardlarla vəsaitə qənaət etmişik"

2026/04/1775732463.jpg
Oxunub: 242     15:41     15 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Azərbaycanla ticarətdən, xüsusən də neft məhsulları idxalından əldə etdiyi iqtisadi fayda barədə danışıb.

Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o parlamentdə çıxışı zamanı bildirib.

"Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər. Azərbaycan neft məhsullarının idxalı - bazarda 8 il davam edən monopoliya vəziyyətinin aradan qaldırılması əməliyyatını başa çatdırmağımıza imkan verən son amil oldu. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə daxili erməni mafiyası deyil, onun bəzən başqa yerlərdə də digər filialları olur", - Paşinyan deyib.

O əlavə edib ki, əgər Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı, mümkün böhranlar, o cümlədən Hörmüz boğazı ətrafındakı vəziyyət ölkə iqtisadiyyatına daha güclü təsir edərdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin