Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, iş Ermənistan Antikorrupsiya Məhkəməsinin hakimi Meri Mosinyana həvalə olunub.
Məhkəmə Xaçaturovun həbs olunması barədə qərar qəbul edib, lakin məlumata görə, onun ölkədə olmaması nəzərə alınaraq barəsində axtarış elan edilib.
Xatırladaq ki, 2025-ci il noyabrın 25-də Qriqori Xaçaturova qarşı Ermənistan Cinayət Məcəlləsinin 436-cı maddəsinin 1-ci hissəsi və 549-cu maddəsinin 3-cü hissəsi ilə ictimai cinayət təqibi başlanıb (rüşvət vermə və hərbi vəziyyət, müharibə zamanı və ya döyüş şəraitində törədilmiş, yaxud ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuş səlahiyyət həddini aşma və ya səlahiyyətdən sui-istifadə).
Alpər Mövludoğlu
Ordu.az