Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bundan əvvəl müdafiə tərəfi ev dustaqlığı qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatət qaldırıb, prokuror isə öz növbəsində ev dustaqlığının üç ay müddətinə uzadılmasını istəyib.
Daah öncə Ermənistan KİV-ləri yazmışdı ki, on ay davam edən istintaqdan sonra bu gün Samvel Karapetyanın məhkəmə prosesi cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasından hakimiyyəti ələ keçirməyə yönəlmiş açıq çağırışlara qədər bir neçə maddə üzrə başlayıb.
İlk iclas ərəfəsində Karapetyanın vəkilləri məhkəməyə vəsatət təqdim ediblər ki, hakim ilk növbədə Samvel Karapetyanın ev dustaqlığından azad olunması məsələsinə baxsın.
Erməni vəkil Aram Vardevanyan bir gün əvvəl bildirmişdi: “Aprelin 21-də “Güclü Ermənistan” partiyası qurultay çağırıb və vacibdir ki, həmin qurultaya qədər Samvel Karapetyanın siyasi prosesdə tam şəkildə iştirak etmək imkanı olsun. Rəqabət, bərabərlik və seçki prosesinin təminatları baxımından bu açıq şəkildə zəruridir, ümid edirik ki, bu təmin olunacaq və təəssüf edirik ki, bu yük məhkəmə hakimiyyətinin üzərinə düşüb”.
Erməni vəkil xatırladıb ki, Mərkəzi Seçki Komissiyası artıq siyasi qüvvələrin müraciətlərini qəbul edir, siyahılar tərtib edir və bu proses aprelin 23-nə qədər davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az