Ermənistan baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan bildirib ki, bu gün saat 17:40-da “Vətəndaş Müqaviləsi” partiyası parlamentin bu il iyunun 7-də keçiriləcək seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçmək məqsədilə seçki siyahısını qanunvericiliyin tələb etdiyi digər sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, siyasi qüvvələrin müraciətlərini Ermənistan MSK aprelin 13-dən aprelin 23-dək qəbul edir. Bundan sonra daha 10 gün ərzində bu müraciətlərin qeydiyyatı davam edəcək.
Seçkiqabağı təşviqat kampaniyası mayın 8-də başlayacaq və iyunun 5-dək davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Paşinyan
Ermənistan