Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyana müraciət edərkən bildirib.
“Nə siyasi qüvvə var, nə fiziki şəxs namizəd var, amma eyni maddə çərçivəsində tətbiq olunur. Siz düzgün qeyd edirsiniz ki, əgər namizəd yoxdursa, inzibati resursu nəyə tətbiq edim? Amma əgər eyni yanaşmadırsa, əgər həmin qurum belə yanaşırsa, onda siz də indi inzibati resursla bağlı addım atmalı idiniz. Ya o qurum səhvdir, ya siz, halbuki mən onların səhv etdiyini düşünürəm, çünki siz daha məntiqli izah verirsiniz”, - deyə o bildirib.
Ermənistan MSK sədri cavab verib: “Antikorrupsiya Komitəsinin fəaliyyəti, davranışı, qərarları ilə bağlı xahiş edirəm izahatı onlardan tələb edəsiniz. Mərkəzi Seçki Komissiyası öz qərarları və addımları ilə bağlı cavab verə və izahat təqdim edə bilər”.
Alpər Mövludoğlu
Ordu.az