Elçin Quliyev Hacı Əliyevə yüksək hərbi rütbə verib

2026/04/1776242590.jpg
Oxunub: 417     12:15     15 Aprel 2026    
Kariyerası ərzində bir çox uğurlara imza atan, güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevə mayor rütbəsi verilib.

Ordu.az xəbər verir ki, bu barədə idmançının özü “İnstagram” hesabında paylaşım edib.

“Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.

Göstərilən etimada görə təşəkkür edir, Vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm”,-deyə paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elçin-Quliyev   Hacı-Əliyev  


Bizi "telegram"da izləyin