Ermənistan Moskvada keçiriləcək MDB xarici işlər nazirləri şurasının iclasında nazir müavini səviyyəsində iştirak edəcək

2026/04/1776241364.jpg
Oxunub: 309     12:18     15 Aprel 2026    
Ermənistan Moskvada keçiriləcək MDB xarici işlər nazirləri şurasının iclasında xarici işlər nazirinin müavini Mnatsakan Safaryan səviyyəsində iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi iclasda nazir müavini səviyyəsində təmsil olunacaq.

MDB xarici işlər nazirləri şurasının iclası aprelin 17-də keçiriləcək və 2026-cı ildə ilk belə toplantı olacaq. İştirakçılar beynəlxalq gündəlik və Birlik çərçivəsində əməkdaşlığın geniş dairəsini əhatə edən məsələləri müzakirə edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MDB  


Bizi "telegram"da izləyin