CNN: Ermənistan İrana qarşı ABŞ blokadasının nəticələrini hiss edə bilər

2026/04/1775888747.jpg
Oxunub: 441     12:11     15 Aprel 2026    
ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada təkcə Tehranın ən böyük ticarət tərəfdaşları olan Çin, Türkiyə, Hindistan və Pakistana deyil, həm də Ermənistana zərbə vuracaq.

Ordu.az xəbər verir ki, bu barədə CNN “Observatory of Economic Complexity”nin məlumatlarına istinadən bildirib.

Məlumata görə, Ermənistan 2024-cü ildə İran mallarının iri idxalçısı siyahısında yer alıb.

İran ixracatının əsas məhsulları arasında etilen polimerləri, dəmir filizi, asiklik spirtlərin törəmələri və neft qazı yer alır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin