Samvel Karapetyan Ermənistan vətəndaşlığından başqa bütün vətəndaşlıqlardan imtina prosesinə başlayıb

2026/04/1775071548.jpg
Oxunub: 401     11:56     15 Aprel 2026    
Erməni iş adamı, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan vətəndaşlığından başqa bütün vətəndaşlıqlardan imtina prosesinə başladığını bəyan edib.

Ordu.az xəbər verir ki, Karapetyan bu barədə bu gün əsas fiquru olduğu cinayət işi üzrə keçirilən ilk məhkəmə iclasında bildirib.

“Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim”, - deyə o qeyd edib.

Məlumata görə, Ermənistan vətəndaşlığından kənar digər vətəndaşlıqların mövcudluğu iyunun 7-də keçiriləcək Ermənistan parlament seçkilərində iştirak etmək üçün maneə hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin