“Eurasianet”: Ermənistan TRIPP layihəsinin icrası üçün yeni tərəfdaşlar axtarır

2026/02/1770449435.jpg
Oxunub: 514     09:39     15 Aprel 2026    
Ermənistan Logistika və Nəqliyyat üzrə Regional İnteqrasiya (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində yeni beynəlxalq investorların cəlb edilməsi istiqamətində iş aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Eurasianet” məlumat yayıb.

Nəşr qeyd edib ki, bu addım İran və Fars körfəzi ətrafında gərginliyin artmasının ABŞ-nin diqqətini yayındıra biləcəyi ilə bağlı narahatlıqlarla izah olunur.

“Ermənistanın əsas məqsədi bu mühüm infrastruktur layihəsinin davamlı həyata keçirilməsini təmin etməkdir. Məlumata görə, İrəvan TRIPP layihəsində iştirakın genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirir. Bu nəqliyyat dəhlizi ölkənin gələcək iqtisadi infrastrukturunun əsas elementlərindən biri hesab olunur.

Ermənistan hakimiyyəti bildirir ki, ABŞ ilə ikitərəfli razılaşma üzrə irəliləyiş var, lakin layihədə daha geniş iştirakçı dairəsinə ehtiyac duyulur. TRIPP layihəsi Zəngəzur vilayətində 42 kilometr uzunluğunda marşrutdur və Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etməli, həmçinin Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin tərkib hissəsinə çevrilməlidir”, - deyə müəllif qeyd edib.

Nəşrin məlumatına görə, Ermənistan Yaxın Şərq ölkələrinin və Qazaxıstanın layihəyə cəlb olunması imkanlarını nəzərdən keçirir.

“Xüsusilə, Astananın nəqliyyat və infrastruktur sahəsində iştirakı müzakirə olunur. ABŞ regional böhranlara baxmayaraq, layihəyə marağını saxlayır və onu prioritet hesab edir”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin