Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, partiyada aparılan sorğular vasitəsilə paytaxtda səslərin necə artırılacağı araşdırılır.
“Bu səbəbdən şəhər rəhbərliyi inzibati rayon rəhbərləri ilə daha sərt işləməyə başlayıb, onlardan nəticə, səs və aktivlik tələb edir. “Vətəndaş Müqaviləsi” partiyasının rəhbər olmadığı rayonlarda isə daha güclü kadrlar işə cəlb olunub.
Məlumata görə, məsələn, Nor Nork rayonunda məsul şəxs Arsen Torosyan təyin edilib. Lakin məhz burada hakimiyyət daxilində ciddi ziddiyyət yaranır. Şəhər rəhbərliyi rayon rəhbərlərinə təzyiq göstərir, onlar isə bildirirlər ki, seçicilərin narazılığının əsas səbəbi onların işi deyil, şəhərin vəziyyətidir”, - deyə nəşr bildirib.
Nəşr qeyd edib ki, əsas problem kimi yolların bərbad vəziyyəti, çuxurlar, keyfiyyətsiz asfalt və yarımçıq işlər göstərilir.
“Rayon rəhbərləri bildirirlər ki, bu məsələlər onların birbaşa məsuliyyətində deyil. Nəticədə belə vəziyyət yaranıb ki, şəhər rəhbərliyi səs tələb edir, sakinlər isə hər gün gördükləri problemlərə görə narazılıq ifadə edir. Hazırda Tiqran Avinyan problemləri həll etmək əvəzinə, uğursuzluqlar üçün günahkar axtarır”, - deyə “Joğovurd” yazıb.
Alpər Mövludoğlu
Ordu.az