Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, ilk 50 yer “toxunulmaz” hesab olunur.
“Qanuna görə, ilk 30 namizəd qurultayda təsdiqlənməlidir, lakin idarə heyəti 50-ci yerdən sonrakılar arasında dəyişikliklər etməyi mümkün hesab edir. İkinci 50-likdə dəyişiklikləri partiyanın idarə heyəti edə bilər, 100-dən sonrakı yerlərlə bağlı isə qərarın Nikol Paşinyan tərəfindən təkbaşına veriləcəyi bildirilib.
Partiyadaxili seçkilərin nəticələrinə görə, bir sıra tanınmış partiya üzvləri və deputatlar arxa sıralarda yer alıblar. Məsələn, parlamentin sosial məsələlər komitəsinin sədri Heriknaz Tiqranyan 96-cı yerdə qərarlaşıb, həmçinin Mariya Karapetyan və digərləri də aşağı sıralarda yer alıblar.
Məlumata görə, hakim qüvvənin siyahısı 2026-cı il aprelin 17-dək yekunlaşdırılacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az