Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Azərbaycanda mədən sənayesində bum hazırlanır, bəs biz...?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, kifayət qədər geniş həcmli sənəddə qeyd olunur ki, bu sahələrin inkişafı Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyası, sənayeləşmənin dərinləşdirilməsi, ixrac strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
“Yeri gəlmişkən, Qarabağdakı mədənlər xüsusi vurğulanır. Söhbət vaxtilə “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) tərəfindən tam şəkildə istismar olunmayan mədənlərdən gedir. Qeyd olunan sərəncamda bəzi müəssisələrə hətta ciddi güzəştlər verilir, həmçinin onların dövlət qarşısında olan borclarına amnistiya elan olunur.
Halbuki Ermənistanda, onsuz da mədənlərlə o qədər də zəngin olmayan ölkədə müəyyən dairələr mədən sənayesinə qarşı davamlı mübarizəni özlərinə borc hesab edir. Bu sahənin inkişafı istiqamətində hər hansı təşəbbüs və ya proqram həyata keçirilən kimi böyük səs-küy qaldırılır. Halbuki mədən sənayesi, eləcə də metallurgiya ölkə iqtisadiyyatı üçün sadəcə xilasedici halqa rolunu oynayır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az